525.Az

“Serj Sərkisyan erməni xalqını aldadır”


 

“Serj Sərkisyan erməni xalqını aldadır”<b style="color:red"></b>

“Uydurma tarix, miflər “erməni” adına iddia edən xalqın həmişə ən böyük bəlası olub. Ermənilər eynilə həmin xarakteri ilə bütün imperiyaların tərkibində əvvəlcə çox böyük mövqe qazanıb, sonradan isə eyni keyfiyyətlərinə görə döyülüb, qovulublar. Sasani və Osmalı imperiyalarında ermənilərin inkişaf “qrafiki” bunu deməyə əsas verir. Digər misallar da göstərmək mümkündür”. Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu dilə gətirib.

M.Əhmədoğlu vurğulayıb ki, indiki dövrdə ermənilər özlərini inandırmışlar ki, bütün dünya ictimaiyyəti Dağlıq Qarabağ məsələsində onları dəstəkləyir. Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sərkisyan 3-4 ildən sonra Azərbaycanın çökəcəyi ilə bağlı dəqiq “proqnozlar” səsləndirir və erməni xalqı buna inanır: “Həmin Sərkisyan və ermənilər 3-4 aydan sonra erməni dövlətinin olub-olmayacağını isə proqnozlaşdıra bilmirlər. Rəsmi Yerevan “Madrid Prinsipləri” və “Yenilənmiş Madrid Prinsipləri”ni dəyişik salmaqla, inanır ki, münaqişə 2007-ci ilin prinsipləri ilə həll olunacaq. Helsinki Yekun Aktının məlum üç prinsipinin Dağlıq Qarabağ tənzimlənməsinə dair sənədlərdə yazılmış ardıcıllığını dəyişməklə Ermənistan rəsmiləri ümid edirlər ki, əvvəlcə Dağlıq Qarabağ ermənilərinə status veriləcək, sonra isə Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır. Bu ardıcıllıq 2009-cu ilin sənədlərindən üzübəri aşağıdakı qaydada yerləşdirilib. Güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək. Bu, Helsinki Yekun Aktının ikinci prinsipidir; ərazi bütövlüyü prinsipi. Bu, Helsinki Yekun Aktının dördüncü prinsipidir; xalqların bərabərliyi və xalqların öz müqqədəratını təyinetmə prinsipi. Bu, Helsinki Yekun Aktının səkkizinci prinsipidir”.

Politoloq qeyd edib ki, yaxınlarda Minsk Qrupu həmsədr ölkə prezidentləri Dağlıq Qarabağ tənzimlənməsinə dair mötəbər bəyanat qəbul etdilər: “Qarabağ münaqişəsinin tənzimlənməsində istinad nöqtəsi kimi son dörd il, yəni 2009-cu ildən etibarən başlanan proseslər götürülür. Bu bəyanatda müharibənin başlayacağı təqdirdə ermənilərin görəcəkləri cəhənnəmi tam təsvir ediblər. Ermənilər bəyanatın orijinalına baxsalar, bunu görəcəklər. Azərbaycanın ehtimalı 30 faiz dağıntıya məruz qalmasının müqabilində ermənilər bu regiondan tamam itəcəklər. Azərbaycan itirdiklərini bərpa edəcək, region isə daha bir pislikdən təmizlənməklə böyük xoşbəxtlik əldə edəcəkdir. Lakin bu sənəddə bir məsələ daha çox diqqəti çəkir. Ermənilər 2009-cu ildən bəri işlənən “xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə” tezisini sanki ilk dəfə görürlər. Ermənilərin fikrincə, millətlərin “özmüqəddəratını təyinetmə” prinsipinin belə dəyişikliyə uğraması ermənilərin xeyrinədir. Əvvəla, Helsinki Yekun Aktının həmin prinsipinə baxsalar, ermənilər görərlər ki, “xalqların bərabərliyi və xalqların öz müqəddəratının təyinetməsi” maddəsi iki hissədən ibarətdir. Maddənin birinci hissəsi dövlətin ərazi bütövlüyünü qorumağa yönəlib; ikinci hissə isə “xaqların öz müqqədəratlarını təyinetməsi” haqqındadır. Beləliklə, “xalqların bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmələri” prinsipləri bir-biri ilə ziddiyyət təşkil edən iki hissədən ibarətdir”.

M.Əhmədoğlu qeyd edib ki, ümumilikdə Helsinki Yekun Aktının Qarabağ münaqişəsinə tətbiq olunan üç maddəsi “ərazi bütövlüyü prinsipinin” prioritetliyini əsaslandırır, amma erməni düşüncəsinin başqa tərəfi də maraqlıdır. Onun fikrincə, “xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə” prinsipi Dağlıq Qarabağın statusunu təyin etmək üçündür: “Hamıya bəllidir ki, tənzimləmə sənədlərində aydın göstərilib ki, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın erməniləri deyil, Dağlıq Qarabağın əhalisi müəyyən edəcəkdir. Dağlıq Qarabağın əhalisi dedikdə, Qarabağda yaşayan ermənilərlə, Qarabağda yaşamış azərbaycanlıların birgə məcmusu nəzərdə tutulur. Erməni düşüncəsinin əcaibliyi orasındadır ki, statusun müəyyən olunmasında xalqların bərabərliyini öz xeyirlərinə başa düşürlər. Bir az da sadələşdirək: tənzimlənmə sənədləri və prinsiplərinə görə, Dağlıq Qarabağın statusunun müəyyən olunmasının 50 faizi və ya yarısı Dağlıq Qarabağ ermənilərinə məxsusdur, çünki “xalqların bərabərliyi” termini azərbaycanlıları və erməniləri statusun müəyyən olunmasında bərabər tutur; qalan 50 faizi isə ermənilərə məxsus olmayacaqdır. Bu 50 faizin Azərbaycan dövlətinə, Azərbaycan xalqına və ya Dağlıq Qarabağ azərbaycanlılarına aid olmasının ermənilər üçün fərqi varsa, biz o fərqi nəzərə alarıq; təki Dağlıq Qarabağın statusunun müəyyən olunmasının yarısından özləri könüllü şəkildə imtina etsinlər. Belə olacaqsa, Azərbaycan xalqı və ya dövləti həmin səlahiyyəti, yəni Dağlıq Qarabağın statusunun müəyyən olunmasının 50 faizlik payını Dağlıq Qarabağ azərbaycanlılarına hədiyyə edəcəkdir”.

AQİL

 





29.06.2013    çap et  çap et