525.Az

Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert


 

Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert <b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin L. və M. Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində Mstislav Rostropoviçin 91 illiyinə həsr olunan konsert keçirilib. 

İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə Baş İdarənin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq incəsənət və musiqi məktəblərinin direktorları, məktəbin şagird və müəllim kollektivi iştirak edib.  

Məktəbin simli və nəfəs alətləri şöbəsinin istedadlı şagirdlərinin ifasında Q. Qarayev “Vals”, İ. Qedjadze “Lastoçka”, V. Kerman “Palçı Rudi”, Kalinkoviç “Tarantella”, T. Şaverzaşvili “Noktürn”, İ.S.Bax “Prelüdiya və qavot” və Mendez “Xabanera” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

 





28.03.2018    çap et  çap et