525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında martın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə  6-8° isti, gündüz  15-20° isti, Bakıda  gecə  6-8° isti, gündüz  17-19° isti  təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 752 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. 

Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək. 

Əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 6-11° isti, gündüz  19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək.

 





28.03.2018    çap et  çap et