525.Az

Müsavat Partiyası başqanının müşaviri 2 aylıq həbs edildi


 

Müsavat Partiyası başqanının müşaviri 2 aylıq həbs edildi<b style="color:red"></b> Lənkəran rayon məhkəməsi Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Lent.az-ın məlumatına görə, hökm bir neçə dəqiqə əvvəl oxunub.

Xatırladaq ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. Kərimov bildirir ki, iyunun 25-də Sadıqlı onu döyüb. Kərimovun müraciəti KİV-də yayılıb və onun əsasında Lənkəran rayon Polis İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.
 





29.06.2013    çap et  çap et