525.Az

BMT baş katibinin siyasi məsələlər üzrə müavini məlum oldu


 

BMT baş katibinin siyasi məsələlər üzrə müavini məlum oldu<b style="color:red"></b>

ABŞ nümayəndəsi Rozmari Di Karlo BMT baş katibinin siyasi məsələlər üzrə  müavini təyin edilib. 

APA-nın xəbərinə görə, bu barədə BMT mətbuat katibliyinin məlumatında bildirilir. 

Hazırda xarici işlər üzrə Milli Komitənin prezidenti və Yel universitetinin professoru olan Rozmari Di Karlo adıçəkilən vəzifədə digər ABŞ təmsilçisi Ceffri Feltmanı əvəzləyəcək.

Məlumata görə, R. Di Karlo 35 illik diplomatik və pedaqoji təcrübəyə malikdir. Vaxtilə ABŞ Dövlət Departamentində çalışan R.Di Karlo Avropa və Asiya məsələləri ilə məşğul olub, ABŞ-ın Rusiya və Norveçdəki səfirliklərində işləyib, həmçinin BMT-də ABŞ-ın daimi nümayəndəsinin müavini vəzifəsində  çalışıb.

 





29.03.2018    çap et  çap et