525.Az

Şimali Koreya və Cənubi Koreya liderlərinin sammiti keçiriləcək


 

Şimali Koreya və Cənubi Koreya liderlərinin sammiti keçiriləcək<b style="color:red"></b>

Şimali Koreya Demokratik Respublikası və Cənubi Koreya birgə sammit keçirmək barədə razılığa gəlib. 

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Renhap" agentliyi tərəflər arasında ilkin danışıqların yekununa əsasən xəbər yayıb. 

Məlumatda bildirilir ki, sammit bu il aprelin 27-də keçiriləcək.

O da qərara alınıb ki, Cənubi Koreya prezidenti Mun Çjo İn və Şimali Koreya lideri Kim Çen In arasında yüksək səviyyədə danışıqlara hazırlıq məqsədilə aprelin 4-də tərəflərin işçi görüşünün daha bir raundu keçirilsin.

 





29.03.2018    çap et  çap et