525.Az

Polşa jurnalında Bakı Beynəlxalq Turizm Filmləri Festivalı haqqında məlumat


 

Polşa jurnalında Bakı Beynəlxalq Turizm Filmləri Festivalı haqqında məlumat <b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialını təbliğ etməyi qarşısına məqsəd qoyan Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) bu il artıq 5-ci dəfə təşkil olunacaq. 

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı tərkibində 16 nüfuzlu beynəlxalq turizm festivalını birləşdirən, mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. 1989-cu ildə yaradılmış CİFFT-in bu il Vyana şəhərində 30 illik yubileyi keçiriləcək.

CİFFT-in üzvü Polşa "FilmAT" beynəlxalq festivalının direktoru, eyni zamanda film, sənət və turizm jurnalının baş redakdoru Eva Kotus hər il olduğu kimi bu il də sözügedən jurnalı CİFFT-in fəaliyyətinə və quruma daxil olan festivallara həsr edib.

Jurnalda 2017-ci ildə keçirilmiş IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı və bu zaman ərzində festival çərçivəsində görülən işlər barədə geniş məlumat verilib. Hər il Bakı festivalının qonağı olan Eva Kotus Bakıda olarkən yerləşdirildiyi mehmanxaların rahatlığı, xidmət səviyyəsi və ləziz səhər yeməyi ilə bağlı xoş təəssrütalarını paylaşmaqla yanaşı, gəzib gördüyü Bakı şəhərinin qədim küçələrindən, ecazkar, müasir hündür binalarından, möhtəşəm görünüşə və arxeoloji struktura malik maraqlı mədəniyyət ocaqları və muzeylərindən bəhs edib.

Eyni zamanda, Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Bakı Turizm Peşə Məktəbinin birgə təşkilatçılığı ilə festivalın qonaqları üçün təşkil edilmiş Azərbaycan xalqının məişətində və mədəniyyətində önəmli yeri olan çay süfrəsi ilə bağlı unudulmaz təəssüratlarını bölüşüb.

Jurnalda ötən il Azərbaycan və Türkiyə Beynəlxalq Turizm Film festivalları çərçivəsində qarşılıqlı şəkildə keçirilmış Azərbaycan - Türkiyə Qardaşlıq gecələri də xüsusilə vurğulanıb. İki qardaş ölkə arasındakı mədəni əlaqələri daha da möhkəmləndirmək məqsədi daşıyan tədbirdə Azərbaycanın turizm imkanlarını və zəngin mədəniyyətini əks etdirən film nümayişi ilə yanaşı, ölkəmizin tarixi abidələri və milli adət-ənənələrini tərənnüm edən rəsmlər də sərgilənib. Bundan başqa, jurnalda CİFFT festivalları arasında ilk dəfə Azərbaycan və Polşa tərəflərinin təşəübüsü ilə 12-ci Polşa "FilmAt" festivalının təşkilat komitəsi tərəfindən müxtəlif xalqların nümayəndələrindən ibarət tələbə münsiflər heyətinin yaradılması və münsiflər heyətinin tərkibinə Polşa və Azərbaycandan olan tələbələrin daxil edilməsi barədə məlumat da verilib.

 





29.03.2018    çap et  çap et