525.Az

Dağlıq Qarabağda mina partlayışı: Britaniya təşkilatının 3 əməkdaşı öldü, 2 yaralı


 

Dağlıq Qarabağda mina partlayışı: <b style="color:red">Britaniya təşkilatının 3 əməkdaşı öldü, 2 yaralı</b>

Azərbaycanın işğal olunmuş ərazilərində Böyük Britaniyanın “HALO Trust” təşkilatının əməkdaşları mina partlayışı nəticəsində ölüblər. 

APA-nın məlumatına görə, təşkilatın Xankəndidəki ofisindən “News.am” saytına bildiriblər ki, partlayış nəticəsində ölən və yaralananlar var. 

“Shamshyan.com” saytının məlumatına görə, hadisə Ağdarə rayonunda ərazinin minalardan təmizlənməsi əməliyyatı zamanı baş verib. Nəticədə “HALO Trust” təşkilatının üç əməkdaşı ölüb, ikisi yaralanıb.

 





29.03.2018    çap et  çap et