525.Az

Rusiya 60 ABŞ diplomatını ölkədən çıxarır


 

Rusiya 60 ABŞ diplomatını ölkədən çıxarır<b style="color:red"></b>

Rusiya 60 ABŞ diplomatını ölkədən çıxarır, onlara aprelin 5-dək ölkə ərazisini tərk etmələrinə vaxt qoyulub. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.   

Ölkədən çıxarılan diplomatlardan 58-nin ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı, 2 nəfərin isə Yekaterinburqdakı baş konsulluğunun işçisi olduğunu bildirilir. 

Bundan əvvəl bildirilmişdi ki,  Rusiya ABŞ-ın “Skripal işi” ilə əlaqədar atdığı addımlara cavab olaraq, bu ölkənin Sankt Peterburqdakı baş konsulluğunu bağlayır.  

Qeyd edək ki, ABŞ bundan əvvəl Rusiyanın 60 diplomatını ölkədən çıxarıb və Rusiyanın Sietldəki baş konsulluğunu bağlayıb.  

 





30.03.2018    çap et  çap et