525.Az

Lavrov ATƏT-in baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək


 

Lavrov ATƏT-in baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək<b style="color:red"></b>

Rusiya XİN rəhbəri Sergey Lavrov aprelin 5-də ATƏT-in baş katibi Tomas Qreminqeromla görüşəcək. 

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib. 

Görüşdə Avropada təhlükəsizliyə dair məsələlər və ATƏT-in fəaliyyətinin effektivliyinin artırılması yolları müzakirə ediləcək.

Zaxarova bildirib ki, danışıqlar zamanı Dağlıq Qarabağ, Donbas, Dnestryanı münaqişələrinin nizamlanmasında ATƏT-in rolu müzakirə ediləcək.

 





30.03.2018    çap et  çap et