525.Az

Türkiyədə mikroavtobusun qəza törədərək yanması nəticəsində 15 nəfər öldü


 

Türkiyədə mikroavtobusun qəza törədərək yanması nəticəsində 15 nəfər öldü<b style="color:red"></b>

Türkiyədə ağır yol qəzası baş verib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə İğdır vilayətində qeydə alınıb. 

Əfqanıstan və Pakistandan gələrək İran sərhədindən qeyri-qanuni yollarla Türkiyəyə keçdikləri bildirilən miqrantların olduğu mikroavtobus İğdır-Qars avtomobil yolunda idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Bundan sonra avtomobil alışaraq yanıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində mikroavtobusda olan 15 nəfər dünyasını dəyişib, daha 30 nəfər isə yaralanıb. 

Hadisə ilə əlaqədar çoxlu sayda jandarma, xilasetmə qrupu və təcili tibbi yardım xidməti bölgəyə göndərilib. Yaralılar İğdır xəstəxanasına yerləşdirilib. Yanan avtomobil xilasetmə qrupları tərəfindən söndürülüb.

 





30.03.2018    çap et  çap et