525.Az

Nauert: "Rusiya özünü təcrid edir"


 

Nauert: "Rusiya özünü təcrid edir"<b style="color:red"></b>

Əgər Rusiya Böyük Britaniya ilə həmrəy ölkələrin hamısının diplomatlarını ölkədən çıxarmaq niyyətindədirsə, onda o özünü təcridetmə yolu ilə irəliləməkdədir.

APA-nın “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Hezer Nauert bildirib.   

“Fikrimcə, Rusiya Böyük Britaniya ilə həmrəy olduğunu ifadə etmiş 28 ölkəyə qarşı analoji tədbir görmək niyyətindədir. Rusiya utanmadan kimyəvi hücum faktını inkar etməklə, özü-özünü təcrid edir”, - deyə o qeyd edib.

 





30.03.2018    çap et  çap et