525.Az

Şimal bölgəsinə güclü qar yağdı


 

Şimal bölgəsinə güclü qar yağdı<b style="color:red"></b>

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bölgəyə qar yağmağa başlayıb.

Quba və Qusarın dağlıq ərazilərinə 26 sm qalınlığında qar yağıb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir. 

Qubanın Xınalıq kəndinə 26 sm, Qırız kəndində 17 sm, Qusarın Ləzə kəndində isə 20 sm qalınlığında qar yağıb. Quba və Qusarın rayon mərkəzində isə qarın hündürlüyü 3-9 sm-dir.

 





31.03.2018    çap et  çap et