“Vətəndaşlarımıza öz təhlükəsizliklərini təmin etmək üçün tədbirlər görmək xahişi ilə müraciət etmişik”
Azərbaycanın Misirdəki səfirliyi öz fəaliyyətini normal rejimdə davam etdirir. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlama verib. Diplomat qeyd edib ki, səfirliyin əməkdaşlarının geri çağırılması barədə heç bir qərar yoxdur.
“İndiyədək Misirdə baş verən hadisələr zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat daxil olmayıb. Biz bundan əvvəl vətəndaşlarımıza öz təhlükəsizliklərini təmin etmək üçün tədbirlər görmək xahişi ilə müraciət etmişik”.
Xatırladaq ki, Misirdə president Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda 7 nəfər ölüb, 200-dən artıq şəxs yaralanıb.
çap et