525.Az

Rusiya 50 britaniyalı diplomatı ölkədən çıxaracaq


 

Rusiya 50 britaniyalı diplomatı ölkədən çıxaracaq<b style="color:red"></b>

Rusiyadakı britaniyalı diplomatların sayının Britaniyadakı rusiyalı diplomatların sayı ilə bərabərləşməsi üçün Böyük Britaniya diplomatik missiyasının 50-dən çox əməkdaşı vətəninə dönməlidir. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində bildirib.  

M.Zaxarova bundan əvvəl 23 rusiyalı diplomatın Britaniyadan çıxardığını xatırladıb. Londonun bu addımına cavab olaraq Moskva da 23 britaniyalı diplomatı ölkədən çıxarmışdı.

 





01.04.2018    çap et  çap et