525.Az

ABŞ-da 521 milyon dollar uduş gətirəcək lotereya bileti satıldı


 

ABŞ-da 521 milyon dollar uduş gətirəcək lotereya bileti satıldı<b style="color:red"></b>

ABŞ-da sahibinə 521 milyon dollar uduş gətirəcək lotereya bileti satılıb. 

APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, "Mega Millions" lotereyasının 521 milyon dollar uduş gətirəcək bileti dünən Nyu-Cersi ştatının Morris dairəsində yerləşən "Lukoil" şirkətinin yanacaqdoldurma məntəqəsində satılıb. 

Uduşun sahibi hələ ki, elan edilməyib.

"Mega Millions" tarixində ən böyük uduş 2012-ci ildə 656 milyon dollar olub. Həmin vaxt bu uduşun sahibləri İllinoys, Kanzas və Merilend ştatlarının sakinləri olub və uduş 3 nəfər arasında bölünüb.

 





02.04.2018    çap et  çap et