525.Az

Lənkərandakı yol qəzasında ölənlərin sayı 7-yə çatdı


 

Lənkərandakı yol qəzasında ölənlərin sayı 7-yə çatdı<b style="color:red"></b>

Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, 6 nəfərin öldüyü qəzada ağır vəziyyətdə xəstəxanaya çatdırılan 7 yaşlı Ülvi Faiq oğlu Aslanovun həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı xəstəxanada ölüb. 

Qeyd edək ki, martın 31-də Lənkəranın Gərmətük kəndində 99-BJ-224 dövlət nömrə nişanlı "Shagman" markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik maşını toqquşub. Nəticədə Ləj kənd sakini olan 6 nəfər ölüb.

Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir. Avtomobildə sıxılıb qalmış meyitlər FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən kəsilərək çıxarılıb. 

Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Təvəkkül oğlu Cəfərov xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

 





02.04.2018    çap et  çap et