525.Az

Milli Kitabxanada Aqil Abbasa həsr olunmuş kitab sərgisi


 

Milli Kitabxanada Aqil Abbasa həsr olunmuş kitab sərgisi <b style="color:red"></b>

Aprelin 1-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, Milli Məclisinin deputatı, "Şöhrət" ordenli, Əməkdar jurnalist, yazıçı Aqil Abbasın anadan olmasının 65 illiyi münasibətilə "Aqil Abbas – 65" adlı kitab sərgisi açılıb.

Bu barədə 525.az-a Milli Kitabxandan məlumat verilib.

Bildirilib ki, sərgidə yazıçının əsərləri, tərtib etdiyi, redaktoru olduğu, önsöz yazdığı, haqqında olan kitablar və qəzet-jurnal materialları sərgilənib.

Sərgi bir həftə davam edəcək.

 





02.04.2018    çap et  çap et