525.Az

“Yeni Üfüq”ün bir yaşı oldu- Fotolar


 

“Yeni Üfüq”ün bir yaşı oldu- <b style="color:red">Fotolar</b> Sevinc Əzimbəyli: “1 il boyunca milli, mənəvi, dövlətçilik ənənələrinin qorunması və təbliğ olunması yolunda şərəfli mücadilə apardıq”.

Dünən “Bay İstanbul” restoranında “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin fəaliyyətinin 1 ili tamam olması və yeniufuq.org saytının təqdimatı münasibətilə geniş tədbir keçirilib.

Tədbirin aparıcısı birliyin fəallarından olan Elvin Süleymanov idi. Tədbirdə ilk öncə qonaqları salamlayan Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli “Yeni Üfüq” İctimai Birliyinin 1 il boyunca gördüyü işlərin Azərbaycan dövlətçiliyinə və ölkədə milli-mənəvi dəyərlərin dirçəlişinə xidmətdən ibarət olduğunu bildirib. O, təşkilatın cəmi bir il ərzində fəaliyyət göstərməsinə baxmayaraq, vətəndaş institutu olaraq xeyli uğurlara imza atdığını diqqətə çatdırıb.

“Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli ötən bir il ərzində var qüvvəsilə birliyin inkişafına təkan verən üzvlərini təbrik edərək, tədbirdə iştirak edən qonaqlara öz dərin təşəkkürünü bildirib. O, birliyin 1 il boyunca dayanmadan milli dəyərlərin, mənəvi irsimizin, dövlətçilik ənənələrinin qorunması və təbliğ olunması yolunda şərəfli mücadilə apardıqlarını vurğulayıb. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran çıxış edərək “Yeni Üfüq”çüləri təbrik edib. O, “Yeni Üfüq” İctimai Birliyinin bütün fəaliyyətinin insanlığa, mənəviyyata, ən əsası isə Azərbaycanda milli dövlətçiliyə xidmət olduğunu diqqətə çatdırıb. Millət vəkili Musa Qasımlı isə çıxış edərək birliyin üzvlərini təbrik edib və “Yeni Üfüq” İctimai Birliyinin son bir ildəki fəaliyyətinin örnək olduğunu bildirib. Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Durmuş Gökmən isə “Yeni Üfüq” İctimai Birliyinin Azərbaycanda əxlaqi dəyərlərə və vətənpərvərlik hisslərinin oyanışına səbəb olan qurum kimi dəyərləndirib. “Yeni Üfüq” İctimai Birliyinin sədr müavini Xanım Qasımova,birliyin gənclər şöbəsinin rəhbər Elvin Süleymanov çıxışlarında “Yeni Üfüq”ün bu 1 il ərzində həyata keçirdikləri işlərdən qürur duyduqlarını söyləyiblər. Gənc yazar Mirbəhram Əzimbəyli isə yeni şeirlərini tədbir iştirakçıları ilə bölüşüb. Tədbirdə iştirak edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, tanınmış ziyalı Şəmistan Əlizamanlı, xalq artisti Mənsum İbrahimov, əməkdar artist Cabir Abdullayev çıxış edərək “Yeni Üfüq” İctimai Birliyini təbrik ediblər. Tədbirdə “Yeni Üfüq” İctimai Birliyinin 1 illik fəaliyyətini özündə əks etdirən videoçarx izlənilib. Eləcə də, yeniufuq.org saytının təqdimatı keçirilib. Qeyd edək ki, tədbir boyunca əməkdar artist Cabir Abdullayevin, eləcə də xalq artisti Mənsum İbrahimovun ifasında Azərbaycan muğamları və xalq mahnıları səsləndirilib.
 





01.07.2013    çap et  çap et