525.Az

Rusiya, Türkiyə və İran liderləri Suriyadakı vəziyyəti müzakirə edəcək


 

Rusiya, Türkiyə və İran liderləri Suriyadakı vəziyyəti müzakirə edəcək<b style="color:red"></b>

Aprelin 4-də Türkiyə, Rusiya və İran liderlərinin Ankarada keçiriləcək görüşündə Suriyadakı mövcud vəziyyət qiymətləndiriləcək, atəşkəs rejiminin gücləndirilməsi, dağıdılmış ərazilərdə yaşayışın təmin edilməsi üçün əlavə addımlar nəzərdən keçiriləcək. 

APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin  köməkçisi Yuri Uşakov deyib. 

"Təbii ki, Suriyada zorakılığın qeydə alındığı bəzi bölgələrdə durum müzakirə ediləcək və qiymətləndiriləcək . Aydındır ki, atəşkəs rejiminin gücləndirilməsi və dağılmış zonaların bərpası üçün əlavə addımlar atılması barədə qərarlar qəbul ediləcək”, - deyə o, əlavə edib.

 





02.04.2018    çap et  çap et