525.Az

Çində Ramil Səfərovla bağlı bayram tədbiri


 

Çində Ramil Səfərovla bağlı bayram tədbiri

Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana gətirilərək əfv olunması Çində yaşayan həmyerlilərimiz tərəfindən sevinclə qarşılanıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onlar paytaxt Pekindəki "Desert Rose" türk restoranında Ramil Səfərovun və onu əfv edən prezident İlham Əliyevin ünvanına təriflər deyiblər.

Restoranın girişində isə “Səfərov azaddır, növbə Qarabağda” şüarı yazılan plakat asılıb.

Restoranda yemək yeyən müştərilərdən isə Ramil Səfərovun azad olunması münasibətiylə pul alınmayıb.

 





03.09.2012    çap et  çap et