525.Az

Qəzza zolağında baş vermiş toqquşmalarda ölən fələstinlilərin sayı 18-ə çatdı


 

Qəzza zolağında baş vermiş toqquşmalarda ölən fələstinlilərin sayı 18-ə çatdı<b style="color:red"></b>

İsraillə Qəzza zolağının sərhədində hərbçilərlə toqquşmalarda ölən fələstinlilərin sayı 18 nəfərə çatıb. 

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyi İsrailin rəsmi mənbələrinə istinadən məlumat verib.  Azı 750 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir. Rəsmi Tel-Əviv son günlər bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti «Həmas» hərəkatının üzərinə qoyub 

Bundan əvvəl Fələstin tərəfi 17 nəfərin öldüyünü, 1500-dək insanın yaralandığını bildirib. İsrail hökuməti baş vermiş iğtişaşlara görə HƏMAS hərəkatını günahlandırıb. 

Qeyd edək ki, martın 30-da Qəzza zolağında "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər.  Eyni zamanda Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.

 





03.04.2018    çap et  çap et