525.Az

Türkiyə “Rosatom”a “Akkuyu” AES-in tikintisi üçün lisenziya verdi


 

Türkiyə “Rosatom”a “Akkuyu” AES-in tikintisi üçün lisenziya verdi<b style="color:red"></b>

Türkiyənin Atom enerjisi üzrə agentliyi “Rosatom” dövlət korporasiyasına “Akkuyu” AES-in birinci blokunun tikintisi üçün lisenziya verib. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qeyd olunub ki, “Rosatom”un həyata keçirəcəyi layihənin bütün tələblərə cavab verdiyi təsdiqlənib.

Məlumata əsasən, Akkuyu” Atom Elektrik Stansiyasının təməl qoyma mərasimi aprelin 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin iştirakı ilə keçiriləcək. 

Qeyd edək ki, layihənin ümumi dəyəri 20 milyard dollardır.

 





03.04.2018    çap et  çap et