525.Az

Azyaşlı uşaqlara niyə böyükölçülü formalar verdilər? - AFFA-dan narazılığa cavab


 

Azyaşlı uşaqlara niyə böyükölçülü formalar verdilər? - <b style="color:red">AFFA-dan narazılığa cavab</b>

AFFA-nın təşkilatçılığı ilə martın 27-dən 29-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədilə “Cəsur ürəklər” adlı festival keçirilib.

Qol.az-ın məlumatına görə, bu yarışın təşkilatçılığlı ilə bağlı bəzi məqamlar narazılığa səbəb olub. Xüsusilə azyaşlı uşaqlara verilən formaların böyükölçülü və köhnə olması ilə bağlı sosial şəbəkələrdə tənqidi fikirlər yayılıb. Ən çox ona irad bildirilib ki, belə tədbirilərə UEFA-nın uşaq fondu maliyyə vəsaiti ayırsa da, federasiya uşaqlar üçün təzə forma almayıb.

AFFA-nın kütləvi futbol layihəsinin koordinatoru Cahangir Həsənzadə Qol.az saytına açıqlamasında bununla bağlı deyib: "Tədbirimiz yaxşı keçdi, müsbət rəylər aldıq. Cocuq Mərcanlı kəndində yaşayan insanları az da olsa sevindirə bildik. Forma məsələsinə gəlincə, bu, yarış yox, sırf əyləncə tədbiri idi. Orada məqsəd 1-ci yeri tutmaq deyildi. Əslində həmin formaları biz hədiyyə olaraq nəzərdə tutmuşduq. Uşaqların öz formaları ilə gələcəyini düşünürdük. Amma bunun olmadığını görəndə vaxtından əvvəl paylamalı olduq. Uşaqların sayını və bədən ölçülərini dəqiq bilmədiyimiz üçün elə forma seçdik ki, hamıya uyğun olsun. Bütün uşaqlara forma verildi. Tədbirin müsbət tərəfini ikinci gün gördük. Uşaqlar həmin formaları geyinib, bizim verdiyimiz toplarla küçələrdə futbol oynayırdılar. Sosial şəbəkələrdə niyə belə yazıldığını bilmirəm. Amma siz həmin insanların özlərindən soruşsanız, əminəm ki, çox sayda müsbət fikir eşidəcəksiniz".

 





03.04.2018    çap et  çap et