525.Az

Bu il Ermənistan ordusu 11 hərbçisini itirib


 

Bu il Ermənistan ordusu 11 hərbçisini itirib<b style="color:red"></b>

2018-ci ilin birinci rübü ərzində Ermənistan silahlı qüvvələrinin 11 hərbçisi ölüb. 

APA-nın xəbərinə görə, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin yaydığı məlumatda deyilir. 

Məlumatda qeyd olunur ki, ölüm hallarından 9-u Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindəki hərbi hissələrində, 2-si isə Ermənistanda baş verib.

Üç nəfər atəşkəs rejiminin pozulması, dörd nəfər bədbəxt hadisə nəticəsində, iki nəfər xəstəlikdən ölüb. 

Bir hərbçinin öldürüldüyü, birinin isə intihar etdiyi hesabatda əksini tapıb.

 





03.04.2018    çap et  çap et