525.Az

"Rusiya və Türkiyə bölgədə sülhün bərqərar olması üçün birgə işi davam etdirəcəklər"


 

"Rusiya və Türkiyə bölgədə sülhün bərqərar olması üçün birgə işi davam etdirəcəklər"<b style="color:red"></b>

Rusiya və Türkiyə bölgədə sülhün və stabilliyin bərqərar olması istiqamətində birgə intensiv işi davam etdirəcəklər.

APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra bildirib.   

“Arzu edirəm ki, bütün bu görüşlər regionumuza fayda gətirəcək”, - deyə Ərdoğan Türkiyə-Rusiya yüksək səviyyəli əməkdaşlıq Şurasının iclasında bildirib.   

O, Şuranın iclasından əvvəl V.Putinlə təkbətək görüş keçirdiyini, danışıqlar zamanı regional və beynəlxalq məsələlərin müzakirə edildiyini xatırladıb.

 





04.04.2018    çap et  çap et