525.Az

Rusiya və Türkiyə “S-400”-lərin tədarük qiymətinə dair razılığa gəldilər


 

Rusiya və Türkiyə “S-400”-lərin tədarük qiymətinə dair razılığa gəldilər<b style="color:red"></b>

Moskva və Ankara “S-400” raket-zenit komplekslərin tədarük qiymətinə dair razılığa gəliblər.

APA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayipp Ərdoğanla görüşündən sonra bildirib.    

V.Putin bildirib ki, tərəflər hərbi-texniki sahədə Rusiya-Türkiyə əməkdaşlığının vəziyyətini, xüsusən, “S-400” raket-zenit komplekslərinin Türkiyəyə tədarükü layihəsinin reallaşdırılmasını   müzakirə ediblər.   

“Biz icraatı sürətləndirdik və qiymətlərlə bağlı razılığa gəldik, bu çox vacibdir”, - deyə Putin qeyd edib.    

O qeyd edib ki, “S-400”-lərin tədarükünü sürətləndirmək qərarı türkiyəli həmkarlarımızın xahişi əsasında verilib. 

 





04.04.2018    çap et  çap et