525.Az

"YouTube" videoportalının mənzil-qərargahında atışmanın səbəbi açıqlandı


 

"YouTube" videoportalının mənzil-qərargahında atışmanın səbəbi açıqlandı<b style="color:red"></b>

"YouTube" videoportalının ABŞ-ın Kaliforniya ştatındakı mənzil-qərargahında atışma terrorçuluqla əlaqəli deyil. İnsidentə səbəb, ilkin məlumata görə, daxili mübahisə olub. 

APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat yayıb. 

Qeyd edək ki, silahlı qadın "YouTube" videoportalının San Bruno şəhərindəki (Kaliforniya ştatı) mənzil-qərargahında atışma törədib.

İnsident nəticəsində 3 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritikdir. Atəş açan qadının intihar etdiyi bildirilir. 

 





04.04.2018    çap et  çap et