525.Az

Azad Almaniyada çətin döyüşə çıxır


 

Azad Almaniyada çətin döyüşə çıxır<b style="color:red"></b>

Aprelin ayının 28-də Almaniyada peşəkar boks arenasında rinqə yenidən Azərbaycan bayrağı  çıxarılacaq. 

Modern.az saytının məlumatına görə, Dünya və Avropa çempionu, peşəkar boksçumuz Azad Əzizov Azərbaycan bayrağı altında növbəti döyüşünü keçirəcək. 

Titullu idmançımızın  rəqibi albaniyalı təcrübəli və tanınmış boksçu Miloş Yanyanin olacaq.  Döyüşün təşkilati işləri “Odlar Yurdu” boks klubuna məxsusdur.  

Klubun meneceri Anar Axundzadədir.  Hazırda müntəzəm olaraq qarşılaşmaya hazırlaşan Azad Əzizov bu döyüşünü aprel şəhidlərimizə və Azərbaycan Cumhüriyyətinin 100 illiyinə həsr edir. 

Qeyd edək ki, beynəlxalq statuslu bu yarış aprel ayının 28-də, saat 17:30-da zəngin boks ənənələri olan  Bavariyanın Kempten şəhərində keçiriləcək.

 





04.04.2018    çap et  çap et