525.Az

Tural Adışirinin ilk kitabı çap olundu


 

Tural Adışirinin ilk kitabı çap olundu <b style="color:red"></b>

Gənc şair Tural Adışirinin “Barmaqda üzük yeri” adlı ilk kitabı işıq üzü görüb.

Redaktoru filologiya elmləri doktoru Baba Babayev, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov olan kitab “Elm və Təhsil” Nəşriyyatında çap edilib.

“XXI əsrin əvvələrində Şəki ədəbi mühiti” seriyasında nəşr olunan kitabın yaxın günlərdə Lənkəran Dövlət Universitetində təqdimatı nəzərdə tutulur.

Tural Adışirin Lənkəran Dövlət Universitetinin I kurs magistrantıdır.

 





04.04.2018    çap et  çap et