525.Az

Jurnalistlərin təyyarəsində nasazlıq aradan qaldırılıb


 

Jurnalistlərin təyyarəsində nasazlıq aradan qaldırılıb<b style="color:red"></b>

Bu gün Bakıdan Türkiyənin Antalya şəhərinə uçan sərnişin təyyarəsində yaranan problem aradan qaldırılıb. “Türk hava yolları”ndan Modern.az-a bildiriblər ki, təyyarədə olan texniki nasazlıq tam olaraq həll edilib və təxminən 10-15 dəqiqədən sonra Bakıdan Antalyaya yola düşən təyyarə yenidən havaya qalxacaq.

Xatırladaq ki, bu gün Bakıdan Türkiyənin Antalya şəhərinə uçan sərnişin təyyarəsində problem yaranıb. ANS PRESS-in məlumatına görə, buna səbəb kimi "Türk hava yolları" şirkətinə məxsus təyyarədə qapının örtülmədiyi göstərilib.

Təyyarə 30 dəqiqəlik uçuşdan sonra Bakı aeroportuna qayıdıb. Təyyarədə Azərbaycandan olan 27 baş redaktor olub. Səfəri Azecell təşkil edib.

 





01.07.2013    çap et  çap et