525.Az

Türkiyə, Rusiya və İrandan Suriya böhranına dair Bəyanat


 

Türkiyə, Rusiya və İrandan Suriya böhranına dair Bəyanat <b style="color:red"></b>

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriya böhranının tənzimlənməsinə həsr olunan görüş keçirilib. 

APA-nın məlumata görə, İran prezidentinin saytı görüşdən sonra Türkiyə, Rusiya və İran prezidentlərinin Suriyada sülhə nail olunması istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair Bəyanat imzaladıqları barədə məlumat yayıb.

Bəyanatda vurğulanır ki, Türkiyə, Rusiya və İran İŞİD və digər terror qruplaşmalarının tam məhv edilməsi üçün əməkdaşlığı davam etdirmək niyyətindədir. 

"Prezidentlər İŞİD, Cəbhət ən-Nusra və digər terror təşkilatları ilə əlaqəsi olan qruplaşmaların tam məhvinə nail olmaqda israrlıdırlar", - deyə Bəyanatda qeyd olunur.

 





04.04.2018    çap et  çap et