525.Az

Texniki Universitetə yeni prorektor təyin olundu


 

Texniki Universitetə yeni prorektor təyin olundu<b style="color:red"></b>

Təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramovun əmri ilə Sübhan Namazov Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub. 

AzTU-dan APA-ya verilən məlumata görə, S. Namazov 1994-cü ildə Azərbaycan Texniki Universitetini “fərqlənmə” diplomu ilə bitirdikdən sonra AzTU-da aspirantura təhsili alaraq Almaniyanın Aaxen Texniki Universitetində (RWTH Aachen) dinləyici-tədqiqatçı olub. 

2007-ci ildən texnika elmləri doktoru, 2010-cu ildən isə professor olan S. Namazov  hazırkı təyinatına qədər AzTU-nun “Metallurgiya və metalşünaslıq” kafedrasının müdiri vəzifəsində çalışıb.

 





05.04.2018    çap et  çap et