525.Az

Meksika Senatı ABŞ-la əməkdaşlığı dayandırmağa çağırdı


 

Meksika Senatı ABŞ-la əməkdaşlığı dayandırmağa çağırdı<b style="color:red"></b>

Meksika Senatı hökumətdən ABŞ-la əməkdaşlığı dayandırmağa çağırıb. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Senatın bəyanatında deyilir. 

Sənəddə bildirilib ki, hələ ki prezident Donald Tramp Meksikaya qarşı hörmətlə yanaşmır hökumət miqrasiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində ABŞ-la ikitərəfli əməkdaşlığı dayandırmalıdır.

Bundan əlavə, senatorlar ABŞ-Meksika sərhədinin mühafizəsinə hərbçilərin cəlb edilməsini pisləyiblər:
 
“Senat prezident Donald Trampın Meksika ilə sərhədi hərbiləşdirmək niyyətini qətiyyətlə pisləyir və bunu ölkəmizə qarşı növbəti təhqir kimi qiymətləndirir”. 

Bundan əvvəl Tramp Meksika ilə sərhədin qorunması üçün ordunun səfərbər edilməsinə çağırıb.

 





05.04.2018    çap et  çap et