525.Az

ADPU-da “Bakı Marafonu-2018” təqdimat mərasimi


 

ADPU-da “Bakı Marafonu-2018” təqdimat mərasimi <b style="color:red"></b>

Aprelin 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2018”in Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təqdimatı olub.

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi ilə keçirilən təqdimatın məqsədi tələbələri marafon barədə məlumatlandırmaqdır.

Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu” yarışları artıq ənənəyə çevrilib. Marafon Bakıda  ilk dəfə 2016-cı ildə keçirilib. Minlərlə iştirakçının qoşulduğu bu yarışda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin tələbələri də iştirak edərək yüksək nəticələr əldə ediblər. Bu il 3-cü dəfə olaraq may ayının 13-də “Bakı Marafonu-2018” keçirilməsi planlaşdırılır. Marafon mayın 13-də, saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürəcək, saat 13:00-da Bakı Olimpiya Stadionunda finişə çatacaq. 4 saat davam edəcək marafonda 21 kilometr məsafənin qət edilməsi nəzərdə tutulur.

Marafonun keçirilməsində məqsəd Azərbaycanda idmanın inkişafına dəstək vermək, geniş ictimaiyyət, xüsuilə də, gənclər arasında sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah addımlar atmaq naminə bir araya gətirməkdir. Bir ünsiyyət məkanı olan marafon iştirakçıların birliyinə, həmrəyliyinə, sosial fəallığına müsbət təsir edir.

Sonda tələbə-gənclərin marafonla bağlı sualları cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bugünədək Azərbaycan Dillər Universitetində, Bakı Slavyan  Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təqdimatlar keçirilib. Yaxın günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Musiqi Konservatoriyasında və Bakı Musiqi Akademiyasında da təqdimatların keçirilməsi nəzərdə tutulur.

 





05.04.2018    çap et  çap et