525.Az

“Facebook” rəhbərinin Konqresdə ifadə verəcəyi tarix açıqlandı


 

“Facebook” rəhbərinin Konqresdə ifadə verəcəyi tarix açıqlandı<b style="color:red"></b>

“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq 87 milyon istifadəçinin hesablarından icazəsiz toplanan şəxsi məlumatlarla bağlı ABŞ Konqresində ifadə verəcək. 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Konqres üzvləri Qreq Uolden və Frenk Pallonun yaydıqları birgə bəyanatda deyilir. 

Dinləmələr aprelin 10-u və 11-ə təyin edilib. 

Məlum olduğu kimi, Böyük Britaniyanın “Cambridge Analytica” konsaltinq şirkəti “Facebook”un milyonlarla istifadəçisinin şəxsi məlumatlarını əldə edə bilib. Adıçəkilən şirkət ABŞ-da prezident seçkiləri zamanı Donald Trampın qərargahı ilə əməkdaşlıq edib.

 





05.04.2018    çap et  çap et