525.Az

BMT Baş Assambleyası prezidenti: "Konfliktlərin qarşısını almaq lazımdır"


 

BMT Baş Assambleyası prezidenti: "Konfliktlərin qarşısını almaq lazımdır"<b style="color:red"></b>

"Düşünürəm ki, Qoşulmama Hərəkatı sayəsində davamlı inkişaf üçün yaxşı nəticə əldə edə biləcəyik". 

APA- nın xəbərinə görə, bunu BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib. 

Davamlı inkişaf üçün prinsipləri sadalayan M. Lajçak bildirib ki, ilk növbədə konfliktlərin qarşısını almaq lazımdır:

"Konflikt davam etdiyi halda insanlar sosial və iqtisadi inkişaf əldə edə bilməz. Davamlı inkişaf üçün qlobal səviyyədə səylərimizi artırmalıyıq. Hər birimizin iştirakı buna kömək edəcək. Növbəti prinsip kimi inkişaf və sülh arasında əlaqəyə ehtiyacımız var. Hazırda gənclər kobud ekstremizmə məruz qalır. Buradakı danışıqlar bunun qarşısının alınmasında bizə kömək edəcək. Biz sülh, təhlükəsizlik və davamlı inkişaf arasında əlaqə qurmalıyıq. Amma məlumatlandırma olmadan buna nail olmaq mümkün deyil. Bizim indi heç vaxt olmadığı qədər sülh və davamlı inkişaf, hər birimizin gələcəyi üçün çoxtərəfli sistemə, əməkdaşlığa ehtiyacımız var".

 





05.04.2018    çap et  çap et