525.Az

Məktəbi bitirə bilməyənlər üçün imtahanlar keçiriləcək


 

Məktəbi bitirə bilməyənlər üçün imtahanlar keçiriləcək<b style="color:red"></b>

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub, tam orta təhsilini bitirə bilməyən şəxslər üçün 15-16 mayda eksternat qaydasında imtahanlar keçiriləcək. 

Bakı Şəhər Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, imtahana qeydiyyat və sənəd qəbulu 5-30 apreldə (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) İdarədə aparılacaq.

"Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar", - məlumatda bildirilib.

 





05.04.2018    çap et  çap et