525.Az

"Xarici müşahidəçilərin seçkiləri izləmək istəyi Azərbaycana maraqdan irəli gəlir"


 

"Xarici müşahidəçilərin seçkiləri izləmək istəyi Azərbaycana maraqdan irəli gəlir"<b style="color:red"></b>

"Azərbaycanda seçkiöncəsi mühit demokratik və azaddır".

Bunu "525"ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Çoxsaylı beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki seçkiləri izləmək üçün monitorinq missiyaları təşkil etməsini müsbət hal hesab edən M.Qasımlı deyib ki, Azərbaycan dünyada qlobal layihələri uğurla icra edən, güclü iqtisadiyyata malik ölkə kimi tanınır:

"Əlbəttə ki, əcnəbi müşahidəçilərin seçkiləri izləmək istəyi ölkəmizə beynəlxalq aləmdə olan maraqdan irəli gəlir".

Qafqazşünaslıq İnstitutunun direktoru vurğulayıb ki, bu gün Azərbaycanda təbii ictimai-siyasi sabitlik hökm sürür:

"Seçki prosesi yüksək səviyyədə davam edir. Artıq müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyaları seçki prosesini izləyirlər".

Təbliğat-təşviqat kampaniyasından danışan deputat bildirib ki, prezident seçkilərində iştirak edən bütün namizədlərə bərabər imkanlar yaradılıb.

Ceyhun ABASOV

 





05.04.2018    çap et  çap et