525.Az

"Xarici siyasətimiz milli maraqlara əsaslanır"


 

SƏMƏD SEYİDOV: "AZƏRBAYCANIN MÖVQEYİ ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ GÜCLƏNİB"

"Xarici siyasətimiz milli maraqlara əsaslanır"<b style="color:red"></b>

"Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır".

Bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O, qeyd edib ki,  Prezident İlham Əliyevin rəhbərliyi  ilə praqmatik siyasət həyata keçirilir və bu siyasət nəticəsində Azərbaycanın mövqeyi beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə güclənib.

Onun sözlərinə görə, bu siyasətin nəticəsi kimi, Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib, beynəlxalq təşkilatlarda söz və nüfuz sahibinə çevrilib.

"Azərbaycan dünyaya inteqrasiyasını intensivləşdirərək xarici əlaqələrini genişləndirib, Şərqlə Qərb arasında körpü rolunu uğurla yerinə yetirir. Əlbəttə ki, bütün bunlar Azərbaycanın müstəqil dövlət olaraq gücünü daha da artırır. Azərbaycanın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri ikitərəfli və çoxtərəfli əlaqələrin mütəmadi olaraq genişlənməsidir. Azərbaycan ikitərəfli və çoxşaxəli əlaqələrin sırf beynəlxalq hüquq normaları və milli maraqlar əsasında davam və inkişaf etdirilməsinin tərəfdarıdır. Ötən müddət ərzində həyata keçirilən siyasətin, görülən tədbirlərin nəticəsi kimi, Azərbaycanın mövqeyi beynəlxalq müstəvidə nəzərə alınır, ölkəmizlə əməkdaşlıq əlaqələri gücləndirilir. Azərbaycan bütün məsələlərdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial, qətiyyətli mövqe nümayiş etdirir..." - deyə o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





05.04.2018    çap et  çap et