525.Az

"Rusiya Türkiyənin Suriyadakı hərbi əməliyyatına mane olmaq istəmir"


 

"Rusiya Türkiyənin Suriyadakı hərbi əməliyyatına mane olmaq istəmir"<b style="color:red"></b>

"Rusiya prezidenti Vladimir Putin prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə reallaşdırıb. Bu, Putinin həm Türkiyə ilə münasibətlərə verdiyi dəyərlə bağlıdır, həm də doğrusu, mövcud şərtlər daxilində Kreml sahibi üçün səfər edəsi yer də çox deyil".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, poltioloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Qərbin sanksiyaları Putinin yolunu bir çox Avropa ölkəsinə bağlayıb: "Türkiyədə isə Akkuyu kimi dəyəri 20 milyard dollar olan atom elektrik stansiyasının təməl daşı qoyulub, S-400 raketlərinin satışı da tamamlanıb, üstəgəl, Putin Rusiya qazını Türkiyəyə və oradan Avropaya daşıyacaq "Türk axını" boru xəttinin sürətli tikintisindən də razıdır".

E.Şahinoğlunun fikrincə, Ankara üçün vacib olan məqamlardan biri də Rusiyanın Türkiyə ordusunun Suriyada hərbi əməliyyata qarışmamasıdır: "Ancaq Putin Ankaradakı ortaq mətbuat konfransında türkiyəli jurnalistlərdən birinin sualı üzərinə PYD və YPG-nin adını çəkməkdən yayınıb, tam əksinə deyib ki, Suriyanın yenidən qurulmasında kürdlərin də rolu olmalıdır. Yəni bu cavab Ərdoğanı türklər demişkən, təmin etməyib. Olsun, əsas odur ki, Rusiya Amerika kimi Türkiyənin Suriyadakı hərbi əməliyyatına mane olmaq istəmir. Ankaraya da elə bu lazımdır".

Ceyhun ABASOV

 





05.04.2018    çap et  çap et