525.Az

Cəbrayıllı Qəhrəman ana Azərbaycan qadınlarını seçkilərdə fəal iştiraka çağırır


 

"HƏR BİRİMİZ VƏTƏNİN İQTİSADİ, SİYASİ, MƏDƏNİ YÜKSƏLİŞİNƏ, SÜLH, İNKİŞAF VƏ SABİTLİYİN QARANTI OLAN İLHAM ƏLİYEVƏ SƏS VERƏCƏYİK"

Cəbrayıllı Qəhrəman ana Azərbaycan qadınlarını seçkilərdə fəal iştiraka çağırır<b style="color:red"></b>

"Ailəmizdə səs vermək imkanı olan 64 nəfər var. Biz aprelin 11-də keçiriləcək Prezident seçkilərində əmin-amanlığa, sülhə, sabitliyə səs verəcəyik. Hər birimiz Vətənimizin iqtisadi, siyasi, mədəni yüksəlişinə, sülhün, sabitliyin qarantı olan İlham Əliyevə səs verəcəyik".

Bu fikirləri Cəbrayıl rayonu Göyərçin Veysəlli kənd sakini, 88 yaşlı Qəhrəman ana Əliyeva Dürdanə Abdulla qızı redaksiyamıza göndərdiyi məktubda qeyd edib. 11 övlad, 34 nəvə, 42 nəticə sahibi olan D.Əliyeva Azərbaycan qadınlarına müraciət edərək onları seçkilərdə fəal olmağa çağırıb: "Hörmətli analar və bacılar, hər birinizi Azərbaycanda sülhün əbədi, müstəqilliyin daimi olmasına naminə seçkilərdə iştirak etməyə dəvət edirəm. Qoy, ölkəmizdə sülh əbədi olsun. Yaşasın müstəqil Azərbaycan!"

Akif Aşırlı: "Prezidentliyə namizədlər arasında sağlam rəqabət mühiti var"

"Prezident seçkilərinə hazırlıq prosesi normal, açıq, demokratik prinsiplərə uyğun şəkildə davam edir". Bunu "525"ə açıqlamasında "Şərq" qəzetinin baş redaktoru Akiş Aşırlı deyib. Onun sözlərinə görə, kütləvi informasiya vasitələri, o cümlədən, televiziya kanalları, eləcə də sosial şəbəkələr üzərindən bütün namizədlər öz seçki platformalarını cəmiyyətə çatdırmaq imkanındadırlar: "Cəmiyyətin böyük bir hissəsi İctimai televiziyada prezidentliyə namizədlər arasında keçirilən debatları izləyərək onların ideya və fikirləri ilə tanış olub. Bundan əlavə, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq müxtəlif qəzet və saytlarda namizədlərin verdiyi müsahibə, açıqlamalar sağlam rəqabət mühiti formalaşdırıb".

Hər kəsin sərbəst şəkildə öz fikir və düşüncələrini ifadə etməsi üçün müvafiq şəraitin yaradıldığını deyən A.Aşırlı hesab edir ki, cəmiyyət də bütün bunlara adekvat reaksiya göstərir: "Əhali arasında namizədlərin orata qoyduqları fərqli mövqelər müzakirəyə çıxarılır ki, bu da seçicilərə müəyyən qənaətə gəlməyə imkan yaradır".

Ceyhun ABASOV

 





05.04.2018    çap et  çap et