525.Az

Akif Aşırlı: "Prezidentliyə namizədlər arasında sağlam rəqabət mühiti var"


 

Akif Aşırlı: "Prezidentliyə namizədlər arasında sağlam rəqabət mühiti var"<b style="color:red"></b>

"Prezident seçkilərinə hazırlıq prosesi normal, açıq, demokratik prinsiplərə uyğun şəkildə davam edir".

Bunu "525"ə açıqlamasında "Şərq" qəzetinin baş redaktoru Akiş Aşırlı deyib.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələri, o cümlədən, televiziya kanalları, eləcə də sosial şəbəkələr üzərindən bütün namizədlər öz seçki platformalarını cəmiyyətə çatdırmaq imkanındadırlar:

"Cəmiyyətin böyük bir hissəsi İctimai televiziyada prezidentliyə namizədlər arasında keçirilən debatları izləyərək onların ideya və fikirləri ilə tanış olub. Bundan əlavə, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq müxtəlif qəzet və saytlarda namizədlərin verdiyi müsahibə, açıqlamalar sağlam rəqabət mühiti formalaşdırıb".

Hər kəsin sərbəst şəkildə öz fikir və düşüncələrini ifadə etməsi üçün müvafiq şəraitin yaradıldığını deyən A.Aşırlı hesab edir ki, cəmiyyət də bütün bunlara adekvat reaksiya göstərir:

"Əhali arasında namizədlərin orata qoyduqları fərqli mövqelər müzakirəyə çıxarılır ki, bu da seçicilərə müəyyən qənaətə gəlməyə imkan yaradır".

Ceyhun ABASOV

 





05.04.2018    çap et  çap et