525.Az

Gürcüstanda matəm elan olundu


 

Gürcüstanda matəm elan olundu<b style="color:red"></b>

Gürcüstan hökumətinin qərarı ilə Mindeli kömür mədənində baş vermiş faciə ilə bağlı aprelin 6-sı ölkədə matəm günü elan olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ölkə ərazisində dövlət bayraqları endiriləcək və faciə qurbanlarının xatirəsi yad olunacaq.
 
Qeyd edək ki, Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində 6 mədənçi ölüb, 3-ü isə xəsarət alıb.

 





06.04.2018    çap et  çap et