525.Az

Çavuşoğlu: “Fələstin müstəqilliyə və təhlükəsizliyə ehtiyac duyur”


 

Çavuşoğlu: “Fələstin müstəqilliyə və təhlükəsizliyə ehtiyac duyur”<b style="color:red"></b>

“Fələstin müstəqilliyə və təhlükəsizliyə ehtiyac duyur”.    

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində Fələstin üzrə nazirlər komitəsinin iclasında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Fələstinin azad və suveren ölkə olmağa haqqı var: "İsrail qanunsuz işğalı davam edir. Biz İsrailə etdiklərinin qanunsuz, qeyri-insani olduğunu deməliyik. ABŞ Yerusəlimlə bağlı təxribatçı qərarını açıqladı. BMT buna etiraz etdi. ABŞ-ın bu şəhərdə səfirlik açmaq qərarı böyük səhvdir. Biz kollektiv şəkildə işləməliyik ki, Fələstin acısı sona çatsın. Qoşulmama Hərəkatı Fələstinin müstəqilliyinin tanınması üçün birgə işləməlidir”.

 





06.04.2018    çap et  çap et