525.Az

Zərif: “İsrail Qəzza zolağını blokadada saxlamaqla beynəlxalq hüququ pozur”


 

Zərif: “İsrail Qəzza zolağını blokadada saxlamaqla beynəlxalq hüququ pozur”<b style="color:red"></b>

“İsrail Qəzza zolağını blokadada saxlamaqla, Fələstin torpaqlarını işğalını davam etdirməklə, beynəlxalq hüququ kobud şəkildə pozur”. 

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində Fələstin üzrə nazirlər komitəsinin iclasında çıxışı zamanı İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. 

O qeyd edib ki, İsrail sadə fələstinlilərin hüquqlarını pozmağa davam edir: “Son cümə günü Qəzza zolağında fələstinlilərə qarşı daha bir zorakılıq aktı olub. 20-dən çox fələstinli qətlə yetirilib, 200-ə yaxın adam yaralanıb. Biz fələstinli qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik. Biz NAM-ın Qəzza zolağının blokadasının dərhal aradan qaldırılması ilə bağlı tələbini dəstəkləyirik. İran fələstinli qardaşlarına dəstək olaraq İsraili dövlət kimi tanımamağa davam edəcək”.

 





06.04.2018    çap et  çap et