525.Az

Gəncədə hərbi şəhərcikdə ev yanır


 

Gəncədə hərbi şəhərcikdə ev yanır<b style="color:red"></b> Gəncənin 38 saylı hərbi şəhərciyində ev yanır.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə yanğın saat 02.20 radələrində başlayıb. İdarədən bildiriblər ki, hərbi şəhərcikdə taxtadan olan ev yanır və alovun başqa tikililərə keçmə ehtimalı yüksəkdir. Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb edilib. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.
 





02.07.2013    çap et  çap et