525.Az

"Azərbaycanda cəmiyyətin seçkilərdə fəal iştirak etməsi üçün lazımi şərait var"


 

"Azərbaycanda cəmiyyətin seçkilərdə fəal iştirak etməsi üçün lazımi şərait var"<b style="color:red"></b>

Azərbaycanda demokratik ənənələrin əsası 100 il bundan əvvəl qoyulub. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bu demokratik ənənələrə sadiqlik nümayiş etdirir. 1993-cü ildən bu günə qədər ölkədə keçirilən bütün seçkilər demokratik prinsiplərə uyğun təşkil olunub. Əminəm ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri də Azərbaycanda 100 il bundan əvvəl əsası qoyulan demokratik ənənələrə uyğun olacaq.

Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Türkiyənin tanınmış ictimai fəalı, Qlobal İdarəçilik və İnkişaf Təşkilatının baş direktoru Gözdə Dizdar deyib.

O deyib ki, müstəqillik illərində Azərbaycan böyük uğurlara imza atıb. Gələcəyə doğru inamla irəliləyir. “Bakıda dəfələrlə müxtəlif beynəlxalq tədbirlərin, forumların iştirakçısı olmuşam, o cümlədən 2015-ci ildə keçirilən parlament seçkilərini də müşahidə etmişəm.  O zaman mənim müşahidə etdiyim məntəqələrdə seçkilər çox şəffaf keçmişdi.  İnanıram ki, bu dəfə seçkilərin də nəticəsi xalqın istəyini əks etdirəcək”.

Azərbaycanda dəfələrlə bələdiyyə, parlament, prezident seçkilərinin, referendumların keçirildiyini qeyd edən G.Dizdar bildirib ki, artıq Azərbaycanın böyük seçki təcrübəsi formalaşıb.

 “Azərbaycanda seçkilər, eyni zamanda, güclü vətəndaş cəmiyyətinin formalaşması üçün əsas amildir. Azərbaycandakı bütün seçkilər hər zaman çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin yaxından iştirakı ilə keçirilib və əksər müşahidəçilər tərəfindən yüksək dəyərləndirilib”, - deyə təşkilatın direktoru əlavə edib.

Türkiyəli ekspert vurğulayıb ki, demokratik seçki keçirilməsində ən mühüm amil ölkədə siyasi iradə və ictimai-siyasi sabitliyin hökm sürməsidir: “Azərbaycanda cəmiyyətin seçkilərdə fəal iştirak etməsi üçün lazım olan şərait mövcuddur. Seçim hüquqlarını dəyərləndirmələri üçün hər kəsin səsverməyə getmələri şərtdir”.

 





06.04.2018    çap et  çap et