525.Az

Seçkiləri MDB missiyasının 221 üzvü müşahidə edəcək


 

Seçkiləri MDB missiyasının 221 üzvü müşahidə edəcək<b style="color:red"></b>

Azərbaycanda Prezident seçkiləri günü səsverməni MDB missiyasının 221 üzvü müşahidə edəcək.

Sechki-2018.az saytının xəbərinə görə, bu barədə MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda məlumat verib.

"Missiya Azərbaycanın, demək olar, bütün seçki dairələrində seçkiləri müşahidə etmək niyyətindədir. Hər şeyi əhatə etməyi planlaşdırırıq", - Y.Sloboda deyib.

O bildirib ki, müşahidə missiyasının rəhbəri, MDB-nin İçraçı katibi Sergey Lebedev Bakıya aprelin 10-da gələcək.

Xatırladaq ki, MDB-nin uzunmüddətli müşahidə missiyası martın 20-dən Azərbaycandadır.

Azərbaycanda Prezident seçkiləri aprelin 11-də keçiriləcək.

 





06.04.2018    çap et  çap et