525.Az

"Azərbaycanda seçki prosesi qanunvericiliyə uyğun həyata keçirilir"


 

"Azərbaycanda seçki prosesi qanunvericiliyə uyğun həyata keçirilir"<b style="color:red"></b>

MDB müşahidə missiyası Azərbaycanda 11 aprel prezident seçkilərinə hazırlıqla bağlı apardıqları müşahidələrin nəticələrinə dair aralıq hesabat yayıb. 

Sechki-2018.az saytının xəbərinə görə, hesabatda bildirilir ki, Azərbaycanda seçki prosesi qanunvericiliyə uyğun, sakit atmosferdə, açıq rəqabət mühitində həyata keçir.

Missiyanın bu qiymətləndirməsi monitorinqin nəticələrinə dair yekun sənəddə də əksini tapacaq.

Qeyd edək ki,  MDB müşahidə missiyasının tərkibində Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Özbəkistan, həmçinin MDB Parlamentlərarası Assambleya Şurası, Belarus və Rusiya Parlament Məclisi, Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsindən olmaqla 219 müşahidəçi qeydiyyata alınıb. Onlardan 20 nəfəri uzunmüddətli monitorinq həyata keçirir.

 





06.04.2018    çap et  çap et